Lənkəranın Balıqçılar qəsəbəsində yeniyetmə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Astarainfo.az”Report”-a istinadən xəbər verir ki, ilkin məlumata görə, 2002-ci il təvəllüdlü Axundov Heydər Fuad oğlu ehtiyatsızlıqdan özünü odlu silahdan açılan atəş nəticəsində yaralayıb.
Nəticədə o, suya yıxılıb və orada köməksiz vəziyyətdə qalaraq boğulub.
Hadisə baş verən zaman onun yanında kiminsə olub-olmadığı öyrənilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Diqo kəndi rayonun dağlıq ərazidə yerləşən ən ucqar yaşayış məntəqələrindən olsa da, rayon icra hakimiyyətinin...