Fransanın Milla rayonunda qatarın məktəb avtobusu ilə toqquşması nəticəsində 4 uşaq ölüb, 19 nəfər xəsarət alıb.
APA-nın “France Bleu”ya istinadən verdiyi xəbərə görə, ölənlər 13-17 yaş arası məktəblilərdir.
Məlumata görə, qəza Los Palaus qəsəbəsində dəmir yolu keçidində baş verib. Güclü zərbədən avtobus iki hissəyə bölünüb.
Hadisənin təfərrüatları müəyyənləşdirilir.