Ölkə ərazisində şərq küləyi üstünlük təşkil edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə
duman, çiskin olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 5-8°, gündüz 9-12° isti, Bakıda gecə 6-8°, gündüz 10-12° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək – 770 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 18-dək meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, buludlu hava şəraitinin üstünlüyü bəzi insanlarda diskomfort hissi yarada bilər.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 3-8°, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Zəif şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 3-8°, dağlıq ərazilərdə 12-14° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 1-6°, gündüz 6-12° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə çiskin, arabir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5°, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 3-8° isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-7°, gündüz 9-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti olacağı gözlənilir.itv.az