BMT: “Dünyada miqrantların sayı 258 milyonu ötüb”

Dünyada miqrantların sayı 258 milyonu ötüb.
  Bu barədə BMT-nin iqtisadi və sosial məsələlər üzrə departamentinin məruzəsində deyilir.
Hesablamalara əsasən, 2000-ci illə müqayisədə dünyada miqrantların sayı 49% artıb, onlardan 26 milyonu qaçqınlardır.  Hazırda ən çox miqrant ABŞ-da yaşayır – 49,8 milyon nəfər. Səudiyyə Ərəbistanında, Almaniyada və Rusiyada bu rəqəm 12 milyon, Böyük Britaniyada – 9 milyon təşkil edir.
Ölkələrini tərk edənlərin sayına görə Hindistan liderlik edir – 17 milyon. İkinci yerdə Meksika qərarlaşıb, bu ölkəni13 milyon insan tərk edib. Rusiya, Çin, Banqladeş, Suriya, Pakistan və Ukraynadan 6 milyondan 11 milyonadək insan köç edib.APA