Ukraynada sərnişin qatarları durdu – Qar yolları bağlayıb 19/12/2017 Share on facebook Twitter tweet Ukraynada güclü qar yağması ilə əlaqədar 30 sərnişin qatarının hərəkəti ləngiyir. Qatarların ləngimə müddəti orta hesabla 25 dəqiqə təşkil edir. Qeyd olunur ki, Kiyev-İvano-Frankovsk və Xmelnitsiki-Moskva qatarları bir saatdan çox ləngiyib. Məlumata görə, Ukraynada güclü qar ölkənin cənub-qərb bölgəsində hərəkətə böyük təsir edib. Bundan başqa, Kiyev şəhər administrasiyası da ictimai nəqliyyatın hərəkətində problemlərin yarandığını bildirib.Trend