Sumqayıtda avtomobil qadını vuraraq öldürüb

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
  Dekabrın 18-də saat 6:00 radələrində Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində şəhər sakini Elnur Alızadə idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Solmaz Şirinovanı vurub. Xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.
Faktla bağlı araşdırma aparılır.APA