Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini Azər Mehdiyev saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupu məlumat yayıb. Məlumata görə, onun üzərindən içərisində narkotik vasitə olması şübhə doğuran 4 bağlama aşkar edilərək götürülüb.
Ekspertizaya təqdim olunan narkotik vasitənin ümumi çəkisi 2 kiloqram 755 qram həşiş qətranı olması barədə rəy verilib.
Məlum olub ki, narkotik vasitə Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirilib və rayonun Şahağacı kəndi ərazisindəki yarımçıq tikilidə gizlədilib. A. Mehdiyev narkotik maddəni həmin yerdən götürdükdən sonra polis tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.Xezerxeber.az
Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Diqo kəndi rayonun dağlıq ərazidə yerləşən ən ucqar yaşayış məntəqələrindən olsa da, rayon icra hakimiyyətinin...