İranda yenidən güclü zəlzələ baş verib. Təbii fəlakət nəticəsində bir nəfər ölüb, azı 97 nəfər yaralanıb.
Bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin sədri Mürtəza Salimi məlumat verib.
O, qeyd edib ki, zəlzələ Tehran, Əlborz, Qəzvin, Qum, Gilan və ölkənin digər mərkəzi əyalətlərində hiss olunub.
Saliminin sözlərinə görə, zəlzələ zamanı hamilə qadın güclü həyəcan keçirərək dünyasını dəyişib.
Qeyd edib ki, dekabrın 20-də Tehranın şimal-qərbində Kərəc şəhərinin 17 kilometrliyində 5,2 bal gücündə zəlzələ baş verib.xezerxeber.az/astarainfo/az