Hacıqabulda avtobus 15 yaşlı piyadanı vuraraq öldürüb

Hacıqabul rayonunda avtobus piyadanı vurub.
Astarainfo.az APA -ya istinadən xəbər verir ki, rayonun Qarasu kəndi ərazisində, “Daewoo” markalı, 99-LT-828 dövlət nömrə nişanlı, Qırmızı Körpü-Bakı marşrutu üzrə işləyən sərnişin avtobusu yoldan keçən piyada, Abdulabad kənd sakini, 15 yaşlı Həmzəyev Barı Vəzir oğlunu vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.