İsraildə 42 yaşlı qadın 20-ci uşağını dünyaya gətirib

İsraildə 42 yaşlı qadın 20-ci uşağını dünyaya gətirib.
  Bu barədə “Jerusalem Post” məlumat yayıb.
Bildirilir ki, oğlan uşağı tamamilə sağlamdır. Qadının yalnız iki uşağı əkizdir. Qadının böyük uşaqlarının artıq öz övladları var.
Yəhudi dininin haredim qolunun təmsilçisi olan qadın və ailə barədə ətraflı məlumat verilmir.APA