Vitamin, mineral, mikroelement və digər maddələrlə zəngin olan portağal haqda yəqin ki çox məqalə oxumusunuz. Amma, bu gün biz sizə onun ən xeyirli tərəflərindən və bu meyvənin köməyi ilə arıqlamaq üçün pəhrizdən söz edəcəyik.
Portağalın orqanizmə xeyri…
1.Xərçəng xəstəliyinin inkişafının qarşısını alır
2.Qan təzyiqini aşağı salır
3.Ürək-damar sisteminin işlək vəziyyətini qoruyub saxlayır
4.İmmun sistemi bərkdir
5.Xolestirinin səviyyəsini aşağı salır
6.İnfeksiyalardan qoruma, sümük və dişlərin sağlamlığını təmin etmək və bir sıra digər xeyirli xüsusiyyətlərini sadalamaq olar.
Bununla bərabər şəkər xəstələri və mədə bağırsaq sistemində problemi (mədə yarası, onikibarmaq bağırsaq,qastrit) olan insanlara ehtiyatlı olmaq məsləhət görülür. Hər bir qidada olduğu kimi, portağalı da qədərində yemək məsləhətdir. Gün ərzində 1 -2 meyvənin orqanizmə ziyanı olmadığını düşünürük.
İndi isə söz verdiyimiz kimi, portağal pəhrizini sizə təqdim edirk.
Həftənin 5 günü 3 həftə ərzində bu xeyirli meyvədən yeyəcəyik. Portağal sevənlər təsdiq edirlər ki, bu yolla 10 kq azaltmaq mümkündür. Həmçinin bilin ki, portağal orqanizmi təmizləyərək vitamin c tərkibli olduğu üçün onu müxtəlif xəstəliklərdən qoruyur. Bu menyu həftənin 5 günü üçün nəzərdə tutulub.
Səhər | Nahar | Şam | |
1-ci gün |
Portağal,suxari, süd və şəkərsiz çay/qəhvə. |
portağal, suda bişmiş yumurta 2 st.yoqurt və ya qatıq, 2 suxarik. |
2 suda bişmiş yumurta, 2 pomidor, kahi və suxari. |
2-ci gün |
portağal, pomidor, mal əti (125 qr.), 1 st. yoqurt və suxari. |
||
3-cü gün |
portağal, yağsız ət (125 qr.), suxari və 1 st.yoqurt. |
||
4-cü gün |
Yağsız kəsmik (125qr.), pomidor, suxari, xiyar. |
Mal əti (125qr.), 2 pomidor, alma və suxari. |
|
5-ci gün |
Yağsız balıq (125 qr.), pomidor, kahı,1 st.yoqurt və ya qatıq, suxari. |
Pomidor, suda bişmiş yumurta və kahı. |