ABŞ-ın Tampa şəhəri (Florida ştatı) yaxınlığında yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

 Bu barədə CNN telekanalı məlumat verib.
Məlumata əsasən,  Bartau bələdiyyə aeroportundan havaqalxdıqdan sonra yerə çırpılan “Cessna 340” təyyarəsi partlayıb və tamamilə yanıb.
Hadisə nəticəsində bir ailənin dörd üzvü daxil olmaqla 5 nəfər ölüb.
İlkin versiyaya görə, qəzaya dumanlı hava şəraiti səbəb olub.apa