Rusiyanın Orenburq vilayətində minik maşını ilə iritonnajlı avtomobil toqquşub.
 Qəza Kuvandık rayonunda, Orenburq-Orsk trasının 218-ci km-də baş verib.
İlkin məlumata əsasən, “Renault” əks istiqamətdə yola çıxaraq qarşıdan gələn “Freightliner” yük avtomobili ilə toqquşub.
 Zərbənin gücündən alışan minik avtomobilində sürücü və 3 sərnişini hadisə yerində ölüb.
Yük avtomobilinin yanacaq daşıdığı bildirilir.Trend