Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Həmrəyliyimiz Birliyimizdir”şüarı altında 1 yanvar 2018-ci il tarixində saat 11:00-dan Astara Park-Bulvar ərazisində ikinci “Kitab və Qəzet” yarmarkası keçiriləcək.
Astarada ikinci dəfə keçiriləcək “Kitab və Qəzet” yarmarkasının əsas məqsədi marifləndirmək,bilgiləndirmək, kitaba,qəzetə olan həvəsi artırmaq, milli-mənəvi dəyərlərimizi,tariximizi qoruyub saxlayan kitablarımızı,qəzetimizi yaşatmaq, gənclərimizi oxumağa həvəsləndirmək və həmçinin ehtiyacı olan şəhid ailəsinə yardım etməkdir.
Kitab-qəzet yarmarkasında müxtəlif məzmunlu nəşrlər, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən elmi, texniki, tibbi və müxtəlif sahələrdəki kitablarlar, həmçinin Astara qəzetinin yeni il buraxılışndan və əvvəlki nömrələrindən əldə etmək mümkün olacaq.
Kitablar cəmiyyətin düşüncə mənbəyi, qəzetlər isə düşünən insanların görən gözüdür.
Layihınin rəhbəri-“Astara” qəzetinin baş redaktoru Fəridə Söhrabqızı
Təşkilatı dəstək- Astara Rayon İcra Hakimiyyəti, rayon Mərkəzi Kitabxanası, “Astara” qəzeti, “Astara Book House” kitab evi, rayon Gənclər və İdman İdarəsi, “Gənclərin Sosial İnkişafına Dəstək” İctimai Birliyi
İnformasiya dəstəyi-Astarainfo.az, lenkaranxeber.info, Millixeber.az, Djb.az (Dünya Jurnalistlər Birliyi)
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...