İran yenə “silkələndi” – 1 nəfər həyəcandan öldü, yaralılar var

İranın Əlborz əyalətində 4.2 maqnitudalı zəlzələ baş verib.

Təbii fəlakət nəticəsində bir nəfər ölüb, 57 nəfər yaralanıb.

Dünyasının dəyişən şəxsin zəlzələ baş verən an qorxaraq həyəcanlandığı və ürək çatışmazlığından öldüyü qeyd edilib.

 Əyalətdə dağıntılar olduğu bildirilir.

 

Xatırladaq ki, dekabrın 21-də Tehranda da güclü yeraltı təkanlar (5.2 maqnitudalı) qeydə alınmışdı.Trend