Hindistanın şimalındakı Uttar Pradeş əyalətində qeydə alınan anormal soyuqlar nəticəsində son sutka ərzində 40-dan çox adam ölüb.
APA-nın İANS agentliyinə istinadən verdiyi xəbərə görə, əyalətin təxminən 200 milyon əhalisi var. Keçən həftə ərzində əyalətdə rekord soyuq qeydə alınıb. Bildirilir ki, yanvarın 5-dən indiyə qədər soyuq hava nəticəsində 143 nəfər dünyasını dəyişib. Onların arasında uşaqlar da var.
Məktəblər tətilə buraxılıb.
Meteoroloqlar mövcud hava şəraitinin daha iki gün davam edəcəyini proqnozlaşdırırlar.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...