APA-nın cənub bürosunun xəbərinə görə, Ələt-Astara magistral yolunun Lənkəran rayonunun ərazisindən keçən hissəsində rayonun Gərmətük kənd sakini, 1956-cı il təvəllüdlü İsabala Babayevin idarə etdiyi “Mercedes” markalı avtomobillə şəhər sakini, 1978-ci il təvəllüdlü Ramin Həsənovun idarə etdiyi “Shacman” markalı yük maşını toqquşub. Nəticədə yük maşını kanala düşüb.
Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı ekspertiza təyin olunub, araşdırma aparılır.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...