Türkiyədə yük maşını qatarla toqquşdu – Yaralılar var

Türkiyənin qərbində Kutahiyə vilayətində yük maşını yük qatarı ilə toqquşub. Trend-in məlumatına görə, qəza nəticəsində yük maşınında olan 2 nəfər xəsarət alıb.
Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Qəzanın hansı səbəbdən baş verməsi hələ məlum deyil. Polis araşdırmaya başlayıb.
Qeyd edək ki, son 10 il ərzində Türkiyədə yol-nəqliyyat hadisələrində təxminən 42 min nəfər həyatını itirib.