Lənkəran şəhərində mikroavtobusun “Kia” markalı avtomobillə toqquşması nəticəsində xəsarət alanların adları məlum olub. Lənkəran şəhər Mərkəzi Xəstəxanasından özəl olaraq Trend-ə verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 7 nəfərdən 5-i bir ailənin üzvləridir.
Hadisə nəticəsində xəsarətlə xəstəxanaya yerləşdirilən 1959-cu il təvəllüdlü Ağayeva Şahnaz Qulu qızı, 1960-cı il təvəllüdlü Ağayeva Bəsti Muxtar qızı, 2015-ci il təvəllüdlü Ağayeva Səbinə Rəsul qızı, 1994-cü il təvəllüdlü Ağayev Rəsul Firudin oğlu, 1995-ci il təvəllüdlü Ağayeva Samirə Murad qızı bir ailənin üzvləridir.
Hadisə nəticəsində daha iki nəfər – 1975-ci il təvəllüdlü Hüseynova İlhamə Mulçaq qızı və 1951-ci il təvəllüdlü Qarayev Namiq Əli oğlu da müxtəlif xəsarətlərlə xəstəxanaya müraciət ediblər.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sipiyəpart kəndində əhali ilə görüş keçirtmişdir. Görüşdə rayonun aidiyyəti idarə və...