Astara şəhər 2 saylı tam orta məktəbin-də  20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş  “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda tarix dərsi keçirilmişdir.Tarix dərsində  Astara şəhər 2 saylı tam orta məktəbin müəllim və şagird kollektivləri iştirak etmişlər.
Tarix dərsini Astara Heydər Əliyev Mərkəzinin bələdçisi Cəmalə Məmmədova açıq elan edərək, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və şagirdlər Azərbaycan Respublikasının Dövlət Himnini  səsləndirmişlər.
Astara Heydər Əliyev Mərkəzinin  bələdçisi Cəmalə Məmmədova şagirdlərə bildirmişdir ki, 20 Yanvar faciəsindən 28 il ötür. Ancaq həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixinə Qanla yazılmış bir səhifədir, ancaq təkcə faciə deyil, eyni zamanda bu tarix Azərbaycan dövlətinin  istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 1990 – cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Xalq o günlərdə böyük bir həqiqəti – meydanda həqiqi Liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Ulu Öndər Heydər Əliyev oldu. Ümummilli Liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də silahdaşı, o çətin günlərdə atasını  bir an belə tək qoymayan  cənab İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndıliyinə gəldi. Ulu Öndər Heydər Əliyev təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorboçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi.
Həmçinin şagirdlərə Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı gərgin fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, Azərbaycanın Beynəlxalq aləmdə nüfuzunun getdikcə artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar haqqında daha ətraflı və dolğun məlimatlar çatdırılmışdır.
 Tarix dərsində 20 yanvar  faciəsi ilə bağlı Astara şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi Tarif Əliyev çıxış etmişdir.