İran prezidenti Həsən Ruhanibu ilin mart ayında Azərbaycana səfər edəcək.
APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, səfər Novruz bayramından bir həftə sonra, martın 29-da gözlənilir.
Qeyd edək ki, İran prezidentinin səfəri zamanı siyasi, iqtisadi, humanitar və mədəniyyət sahələrinə aid məsələlər müzakirə olunacaq. Bundan əlavə səfər zamanı Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı müzakirələr aparılacaq.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...