Gəncə sakini yük avtomobilinin altında qalaraq ölüb

Gəncə sakini Daşkəsəndə yük avtomobilinin altında qalıb.
APA-nın verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü Məmmədzadə Azər Tofiq oğlu işlədiyi yerdə ehtiyatsızlıq nəticəsində ağır tonnajlı yük avtomobilinin altında qalaraq ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.