Avstraliyada sərnişin qatarı relsdən çıxıb, xəsarət alanlar var

Avstraliyanın Sidney şəhərində sərnişin qatarı relsdən çıxıb.
APA-nın “Alboenews”a istinadən verdiyi xəbərə görə, çox sayda sərnişinin xəsarət aldığı bildirilsə də, dəqiq rəqəm açıqlanmayıb.
Bəzi mənbələr qəza nəticəsində 13 nəfərin yaralandığını bildirir.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. Hadisənin səbəbləri müəyyənləşdirilir.