Moskva aeroportlarında 40-a yaxın aviareys təxirə salınıb

Qeyri-sabit hava şəraiti ilə əlaqədar Moskva aeroportlarında 38 aviareys təxirə salınıb.
APA-nın “RT”-yə istinadən xəbərinə görə, “Domodedovo” aeroportunda 6 uçuş ləğv edilib, 6-sı təxirə salınıb.
Həmçinin “Şeremetyevo”da 22, “Vnukovo”da isə 10 uçuş təxirə salınıb.
Bundan əvvəl sinoptiklər  yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər. Sutka ərzində Rusiya paytaxtına aylıq normanın 20%-dək yağıntı düşüb.