Şəkidə fərdi yaşayış evində yanğın olub, bir yaşlı uşaq yanıq xəsarəti alıb.
Astarainfo.az-ın APA-nın Şəki-Zaqatala bürosuna istinadən məlumatına görə, bu gün axşam saat 18:50 radələrində rayonun Şin kəndində, kənd sakini Əmrullah Ramazan oğlu Kazımova məxsus, ümumi sahəsi 180 kv/m olan birmərtəbəli 3 otaq və şüşəbənddən ibarət fərdi yaşayış evində yanğın baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.
FHN-nin Şəki rayon DYMH-dən APA-ya verilən məlumata görə, yanğın nəticəsində 25 kv/m-lik bir otağın yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə və şüşəbəndin tavanı 24 kv/m-lik sahədə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı evdə olan 2017-ci il təvəllüdlü Özcan Samir oğlu Kazımov üz nahiyəsindən yüngül yanıq xəsarəti alıb.
Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Diqo kəndi rayonun dağlıq ərazidə yerləşən ən ucqar yaşayış məntəqələrindən olsa da, rayon icra hakimiyyətinin...