Astaralı idmançılar Lənkəran şəhərindəki “Zirvə” İdman Kompleksində kikboksinq üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilən açıq birincilikdə beş medal qazanıblar.
Yarışda astaralı idmançılardan Əli Əliyev (40 kiloqram) birinci, Raman Mirzəzadə (30 kiloqram) və Vaqif Əliyev (46 kiloqram) ikinci, Nurlan Əliyev (34 kiloqram) və Nurlan Əliyev (35 kiloqram) üçüncü yerlərə sahib olublar.
Qeyd edək ki, Astara rayonunun Kakalos kəndində kikboksinq idman növü üzrə qrupa rəhbərlik edən Elnur Bəşirovun yetirmələri zona və respublika birinciliklərində də uğurla çıxış edirlər.
Elnur Qurbanlı
Astarainfo.az