İsveçrənin Lozanna şəhərində UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib. “Report”un məlumatına görə, püşk nəticəsində Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda D Liqasında 3-cü qrupa düşüb. Rəqiblər isə Farer adaları, Malta və Kosovodur.
D Liqası
1-ci qrup: Gürcüstan, Latviya, Qazaxıstan, Andorra
2-ci qrup: Belarus, Lüksemburq, Moldova, San Marino,
3-cü qrup: Azərbaycan, Farer adaları, Malta, Kosovo
4-cü qrup: Makedoniya, Ermənistan, Lixtenşteyn, Cəbəllütariq
Digər liqaların tərkibi isə belə olub:
C Liqası
1-ci qrup: Şotlandiya, Albaniya, İsrail
2-ci qrup: Macarıstan, Yunanıstan, Finlandiya, Estoniya
3-cü qrup: Sloveniya, Norveç, Bolqarıstan, Kipr
4-cü qrup: Rumıniya, Serbiya, Monteneqro, Litva
B Liqası:
1-ci qrup: Slovakiya, Ukrayna, Çexiya
2-ci qrup: Rusiya, İsveç, Türkiyə
3-cü qrup: Avstriya, Bosniya və Herseqovina, Şimali İrlandiya
4-cü qrup: Uels, İrlandiya, Danimarka
İsveçrənin Lozanna şəhərində UEFA Millətlər Liqasının püşkatma mərasimi başlayıb. “Report”un məlumatına görə, tarixdə ilk dəfə keçiriləcək turnirdə Azərbaycan D Liqasında təmsil olunacaq.
Qurban Qurbanovun baş məşqçi olduğu milli komanda bu liqada ən yüksək reytinqli komandaların yer aldığı birinci səbətdə yer alıb.
Qeyd edək ki, püşkatma mərasimində Azərbaycanı AFFA-nın baş katibi Qurban Qurbanov, milli komandanın baş məşqçisi Qurban Qurbanov və AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla təmsil edir.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...