Lənkəranda ötən gün axşam saatlarında avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib.
Astarainfo.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Məlumata görə, Füzuli küçəsində yolu keçmək istəyən rayon sakini, 1951-ci il təvəllüdlü Malikəjdər Gülverdi oğlu Qasımovu avtomobil vurub.
O, sürücü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. M. Qasımov bu gün xəstəxanada ölüb.