Kişi boksçular arasında Azərbaycan çempionatı davam edir.
Astarainfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, 39 komandanın qatıldığı yarışın üçüncü günündə 32 döyüş keçirilib. Bununla da 1/8 final mərhələsi yekunlaşıb.
Çempionatda 49 və 91 kiloqram çəki dərəcələrində yarımfinalçılarının adlarına aydınlıq gəldiyi halda, 52, 64, 69 və 75 kiloqram çəki dərəcələrində 1/4 finala yüksələn boksçular müəyyənləşib.
Bu gün çempionatda 8 çəki dərəcəsi üzrə 32 görüş keçiriləcək.