“Peşə təhsili haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib

“Peşə təhsili haqqında” qanun layihəsi Milli Məclisin iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
Trend-in məlumatına görə, bir sıra deputatlar bu qanun layihəsinin Azərbaycanda peşə təhsilinin inkişaf etdirilməsi, müxtəlif sahələrdə mütəxəssislər hazırlanması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycanda peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.