Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

APA-nın cənub bürosunun məlumatına görə, “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində 1964-cü il təvəllüdlü Cabbar Nəsirov, Abbas Məhəmməd oğlu Fərziyev və Rasim Vaqif oğlu Məmmədov xəsarət alıb.
C. Nəsirov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.