Masallıda məktəbdə yanğın olub, şagirdlər təxliyə olunub

Masallı rayonunda üçmərtəbəli məktəb binasının üçüncü mərtəbəsindəki sinif otağında 1,5 m2 sahədə döşəmə yanıb.
FHN-dən APA-ya verilən məlumata görə, hadisə zamanı binadan 68 şagird yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.