Rusiyada qəzaya uğrayan “An-148” təyyarəsində Azərbaycan vətəndaşının olması təsdiqlənib

Rusiya FHN qəzaya uğrayan “An-148” təyyarəsinin göyərtəsində iki xarici vətəndaş – Azərbaycan və İsveçrə vətəndaşlarının olmasını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə nazirliyin saytında yerləşdirilən həlak olanların yenilənmiş siyahısında qeyd olunur: “Ulrich Klaeui — İsveçrə Konfederasiyasının vətəndaşı, Namiq Qəhramanov – Azərbaycan Respublikasınını vətəndaşı”.
 Qeyd edək ki, ötən gün Moskva-Orsk reysini həyata keçirən “Saratov Hava Yolları”na məxsus “An-148” sərnişin təyyarəsi “Domodedovo” hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Son məlumatlara görə, təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.