Azərbaycan atleti Polşada gümüş medal qazanıb

Qış mövsümünün prestijli yarışlarından sayılan atletika üzrə Dünya Qış Turunun 5-ci mərhələsi Polşanın Torun şəhərində keçirilib.
Yarışda üçtəkanla tullanma növündə Azərbaycanı Aleksis Copello təmsil edib. Madrid mərhələsinin 4-cüsü olan Aleksis Torunda 16,89 nəticə göstərərək yarışın gümüş mükafatçısı olub.xezerxeber.az