Çavuşoğlu: “Əsəd rejimi YPG-ni qorumaq üçün Afrinə girsə, kimsə bizi dayandıra bilməz”

Türkiyənin baş naziri Mövlud Çavuşoğlu PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG və Suriya prezidentiBəşər Əsəd arasında Afrinlə bağlı razılaşma əldə edilməsi vəBəşər Əsədə sadiq qüvvələrin bir neçə saat ərzində Afrin şəhərinin mərkəzinə daxil olaсağı barədə xəbərə münasibət bildirib.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, İordaniyada səfərdə olan M. Çavuşoğlu keçirilən mətbuat konfransında deyib ki, “Zeytun budağı” əməliyyatında məqsəd Afrini PYD/YPG-dən təmizləməkdir.
Türkiyənin Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini bildirən M. Çavuşoğlu qeyd edib ki, əgər Əsəd rejimi  PYD/YPG-ni təmizləmək üçün Afrinə daxil olmaq istəyirsə, problem yoxdur: “Ancaq Suriya rejimi PYD/YPG-ni qorumaq üçün Afrinə gedirsə, kimsə bizi dayandıra bilməz”.
Qeyd edək ki, Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu yanvarın 20-dən Afrin bölgəsinin PYD/YPG-dən təmizlənməsi üçün əməliyyat aparır.