Rusiyada zəlzələ olub

Rusiyada 3,5 bal gücündə zəlzələ olub.
Zəlzələ yerli vaxtla təxminən Amur vilayəti və Yakutiyanın sərhədində 22:45-də baş verib.
Təkanlar Zeysk rayonundan 40 km şimalda qeydə alınıb.
 Zəlzələ ocağının dərinliyi 10 km olub. Dağıntılar və tələfat barədə məlumat verilmir. Yeraltı təkanlar hiss olunmayıb.Trend.az