Vertolyot qəzaya uğradı: 3 nəfər həlak oldu

Ekvadorda R44 vertolyotunun okeana düşməsi nəticəsində 3 nəfər həlak olub.
İnsident Manabi əyalətində San-Mateo çimərliyinin yaxınlığında baş verib.
Hadisə yerinə dərhal xilasedicilər, polis və Ekvador HHQ-nin dəstəsi cəlb edilib.
 Ölənlərin cəsədləri vertolyotun salonundan çıxarılaraq qayıqla San-Mateo limanına gətirilib.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.Trend.az