Bu gecə futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin daha 15 cavab görüşü keçiriləcək.
İlk oyun Rusiyanın paytaxtı Moskvada olacaq.
“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syominin hazırda rəhbərlik etdiyi “Lokomotiv” komandası Fransa “Nitsa”sını qəbul edəcək. İlk matç “dəmiryolçular”ın qələbəsi ilə yekunlaşdığından, bu gün meydan sahiblərinə heç-heçə, hətta 0:1 və ya 1:2 hesablı məğlubiyyət də sərfəlidir.
Daha əvvəl Rusiyanın daha bir təmsilçisi MOİK Serbiya “Srvena Zvezda”sını üstələyərək, 1/8 finala çıxıb.
Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Diqo kəndi rayonun dağlıq ərazidə yerləşən ən ucqar yaşayış məntəqələrindən olsa da, rayon icra hakimiyyətinin...