Meksikada turist bərəsində partlayış baş verib, 22 nəfər yaralanıb

Meksikanın Playa-del-Karmen limanında turistləri daşıyan bərədə partlayış baş verib.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, partlayış nəticəsində 22 nəfər yaralanıb. Xəsarət alanlardan 15-i Meksika, 7-si isə ABŞ vətəndaşıdır.
İnsidentin səbəbi hələlik məlum deyil.