Təngərüd kənd diyarşunaslıq evi və S.Vurğun adına kənd tam orta məktəbində Xocalı Soyqırımı qurbanlarının xatirəsi anılıb.
Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Ş.Bayramov tədbiri açaraq XX əsr Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri olan Xocalı soyqırımı barədə məlumat verib.Təngərüd diyarşunaslıq evinin metodisti N.Mahmudov, S.Vurğun adına məktəbin tarix müəllimi Ş.Yunusov çıxışlarında Xocalı faciəsinin bəşər tarixində insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət olmasını bildirib.
Astara rayonu üzrə tarixi abidə mühafizəçiləri N.Dadaşova, B.Xudadadov çıxışlarında Xocalı şəhərini yer üzündən birdəfəlik silməklə dünyanın ən qədim maddi mədəniyyət abidələrinin məhv ediliməsi, Qarabağ ərazisində olan muzeylərin, tarixi abidələrin dağıdılması bir daha erməni vandalizminin bariz nümunəsidir.
Tədbirdə şagirdlərin ifasında Xocalı hadisələrini əks etdirən musiqili ədəbi-bədii kompazisiya və film nümayiş etdirilib.
Astarainfo.az