Astarainfo.az xəbər verir ki, fevralın 25-də Astara rayonunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının ( AFFA ) təşkilatçılığı ilə keçirilən futbol üzrə kişilər arsında “Region Liga” çempionatının IV tur oyununda “Astara” Futbol Klubu Cəlilabadın “Ümid” klubu ilə qarşılaşıb.
Çox gərgin keçən mübarizənin nəticəsində əzmkar oyun göstərən komandamız Mirəli İsmayılov və Şahin Ağayevin vurduğu qollar ilə 2-0 hesabı ilə qalib gəlib.
Bununla əlaqədar Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev “Astara” futbol klubunun üzvləri ilə görüşüb onları bu qalibiyyət münasibətilə təbrik edib.
Görüşdə Astara futbol klubunun baş məşqçisi Qəhrəman Mirzəyev komandaya göstərdiyi yüksək diqqət və qayğıya görə icra başçısı Qəzənfər Ağayevə təşəkkür və minnətdarlığını bildirib. Klubun gələcək planları və nəzərdə tutulan işlər barədə məlumat verən Qəhrəman Mirzəyev növbəti mövsümdə “Astara” futbol klubunun qarşısında duran vəzifələrdən danışıb.
Rayon icra hakimiyyətinin başçısı Qəzənər Ağayev rayonda idmanın bütün sahələri kimi futbolun da inkişaf etdirilməsi və bu idman növünə olan marağın artırılması istiqamətində tapşırıq və tövsiyələrini verib.
Sonra Qəhrəman Mirzəyev “Astara”futbol klubunun “07” nömrəli formasını və imzalanmış topu icra başçısına təqdim edib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...