Fevral 24-26-da İmişli rayonunda Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş Budo döyüş növləri üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında X Açıq Azərbaycan birinciliyi və Çempionatı keçirilib.
Yarışda Astara rayon komandası da iştirak edib və uğurlu nəticələr qazanıb. Belə ki, 40 kq çəki dərəcəsində Hüseynov Zəfər və 50 kq çəki dərəcəsində Feyzullayev Feyzulla III yerə, 35 kq çəki dərəcəsində Abdullayev Elmar, 55 kq çəki dərəcəsində Əlizadə Nurlan və 64 kq çəki dərəcəsində Əhədullayev Səbuhi II yerə, 65 kq çəki dərəcəsində Dadaşov Qılman isə I yerə layiq görülüblər.
İdmançılarımızı yarışa məşqçi-müəllimlər VI dan qara kəmər ustası Rəhmanov Ramiq və III dan qara kəmər ustası Baxşıyev Zamin hazırlayıb.
Əzmkar nailiyyətlərinə görə idmançılarımızı və məşqçiləri təbrik edirik.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...