Lənkəran regional ədliyyə idarəsinin təşkilatçılığı ilə fevral ayının 27-də Astara rayonunda bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi məqsədi ilə seminar-müşavirə keçirilib.Bu barədə məlumatı Lənkəran regional ədliyyə idarəsi yayıb
Bələdiyyə üzv və qulluqçularının iştirakı ilə keçirilən tədbirdə Lənkəran regional ədliyyə idarəsinin böyük məsləhətçisi Əvəz Bədəlov Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirmiş, “Nağdsız hesablaşmalar və onların məqsədi”, “Bələdiyyə aktlarının qəbulu və icrası” mövzusunda məruzə etmişdir.
Sonda seminar iştirakçılarının sualları cavablandırılmışdır.Belediyye.info
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...