Martın 5-də Astara Olimpiya İdman Kompleksində  rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Olimpiya İdman Kompleksinin birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq 5 Mart Bədən tərbiyəsi və idman gününün qeyd edilməsi, Bədən   tərbiyəsi    və    idman    haqqında    Azərbaycan   Respublikası   Qanununun müvafiq maddələrinin həyata keçirilməsi, rayonda   kütləvi   bədən  tərbiyəsi və idmanın inkişaf etdirilməsi, yeniyetmə və gənclərə sağlam həyat tərzinin aşılanması məqsədi ilə  məktəbli yeniyetmələr arasında Kross yarışı üzrə rayon birinciliyi keçirilib.
Tədbirin açılış mərasimində çıxış edən Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, Rayon Təhsil Şöbəsinin fiziki tərbiyə üzrə metodisti Nizaməddin Ələkbərov 5 mart Bədən tərbiyəsi və idman günü münasibəti ilə iştirakçıları təbrik etmiş və onlara uğurlar arzulayıblar. Daha sonra yarışa start verilib.
Birinciliydə qızlar 800 m, oğlanlar 2 km məsafədə öz güclərini sınayıblar. Yekunda qızlardan Rzayeva Aysun (Astara şəhər 3 saylı tam orta məktəb), Məmmədova Zeynəb (Astara şəhər 1 saylı tam orta məktəb), Cəlilova Nazpəri ( Təngərüd kənd tam orta məktəb)  müvafiq olaraq I, II və III yerlərə,  oğlanlardan Əliyev İlham ( Təngərüd kənd tam orta məktəb), Məhərrəmov Əli (Astara şəhər 2 saylı tam orta məktəb), Məmmədzadə Elbəy ( Astara şəhər 1 saylı tam orta məktəb) müvafiq olaraq I, II və III yerlərə layiq görülüblər.Qaliblər Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıb.
Elnur Qurbanlı
Astarainfo.az