Astara Olimpiya İdman Kompleksində Astara rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Olimpiya İdman Kompleksinin birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq 5 Mart Bədən tərbiyəsi və idman gününün qeyd edilməsi, Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin həyata keçirilməsi, rayonda kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, yeniyetmə və gənclərə sağlam həyat tərzinin aşılanması məqsədi ilə məktəbli yeniyetmələr arasında voleybol üzrə rayon birinciliyi keçirilmişdir.
Astara şəhər 1, 2, 3, 6 saylı, Suparibağ, Şağlazüzə kənd tam orta məktəblərinin komandaları arasında uduzub-çıxma sistemi ilə keçirilən oyunların sonunda Astara şəhər 2 saylı və Şağlazüzə kənd tam orta məktəbinin komandaları birincilik uğrunda finalda çox gərgin mübarizə aparmışlar. Yarışın sonunda Şağlazüzə kənd tam orta məktəbinin komandası I, Şəhər 2 saylı tam orta məktəbin komandası isə II yeri qazanmışlar.
Qaliblər Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.
Elnur Qurbanlı
Astarainfo.az