Martın 6-da Astara Pedaqoji Kollecində, rayon Gənclər və İdman İdarəsi və Pedaqoji Kollecin birgə təşkilatçılığı ilə  Azərbaycanda növbədənkənar Prezident seçkilərində ilk dəfə səs verəcək  gənclər üçün “Mən ilk dəfə səs verirəm” mövsuzunda seminar keçirilib.
Seminarda çıxış edən Pedaqoji Kollecin direktoru Ağababa İbrahimov, Rayon Gənclər və İdman idarəsinin rəisi Ərçə Əliyev, 77 saylı Astara seçki dairəsinin katibi Gülhəsən Mirzəyev “Konstitusiyada seçki hüququnun əsasları”, “Seçki məcəlləsində əsas terminlər”, “Seçki hüququ və onun əsas növləri”, “Seçki sistemi”, “Seçki hüququnun əsas prinsipləri”, “Seçki prosesi və onun mərhələləri” mövzularında gənclərə ətraflı məlumatlar verilib, iştirakçılara Gənclər və İdman İdarəsi tərəfindən hazırlanan maarifləndirici bukletlər paylanılıb.
Tədbirdə 250 nəfərdən çox gənc iştirak edib.
Sonda tədbir  iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Elnur Qurbanlı

Astarainfo.az