Nepalda təyyarə qəzasında ölənlərin sayı 50 nəfərə çatıb – YENİLƏNİB-2

Nepalın paytaxtı Katmanduda hava limanı yaxınlığında baş verən təyyarə qəzası zamanı ölənləri sayı 50-yə nəfərə çatıb.
 APA-nın xəbərinə görə, bu barədə “Reuters” ordu Nepalda hərbi nümayəndəyə istinadən yazıb. Hadisə zamanı 20-yə yaxın şəxsin xilas edildiyi bildirilir. 
  ***
15.25
Nepalın paytaxtı Katmanduda hava limanı yaxınlığında baş verən təyyarə qəzası zamanı ölənləri sayı 38 nəfərə çatıb.
APA-nın “Associated press”ə istinadən verdiyi xəbərə görə, bu barədə polisi məlumat yayıb. Hadisə zamanı 23 nəfər xəsarət alıb. Daha 10 nəfərin taleyi məlum deyil.
***
14.58
Banqladeşə məxsus təyyarənin Nepalda qəzaya uğraması nəticəsində 8 nəfər ölüb.
 APA-nın TİA agentliyinə istinadən verdiyi xəbərə görə, müxtəlif xəsarətlər almış 17 nəfər isə xəstəxanaya yerləşdirilib.
Təyyarədə olan 37 kişi, 27 qadın və 2 uşağın aqibəti hələlik məlum deyil.
***
13.44
Nepalda sərnişin təyyarəsi qəzaya düşüb.
APA-nın yerli “Kathmandu Post” qəzetinə istinadən verdiyi xəbərə görə, Banqladeşin US-Bangla şirkətinə məxsus təyyarə Katmandu şəhərinin Tribhuvan adına beynəlxalq hava limanının yaxınlığında qəzaya uğrayıb.
S2-AGU nömrəli təyyarə eniş edərkən enmə zolağına deyil, yaxınlıqdakı futbol meydançasına düşüb.
Nəticədə təyyarə yanmağa başlayıb.
Təyyarədə 70-ə yaxın sərnişinin olduğu bildirilir.
Ölən və yaralananların olduğu ehtimal edilir.
Turizm Nazirliyinin katibi Sureş Açarya bildirib ki, təyyarədə olan 67 nəfərdən 17-si xilas edilib və xəstəxanaya yerləşdirilib.
Onlardan 4-ü ekipaj üzvüdür.
Qəza ilə bağlı Katmandunun Tribhuvan adına beynəlxalq havalimanından bütün uçuşlar dayandırılıb.
İlkin məlumata görə, qəzaya texniki nasazlıq səbəb olub.
Hadisə yerində xilasedici qüvvələr işləyir.