Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 12 regional məntəqəsindəki təcili yardım maşınlarına kameralar quraşdırılacaq.
Bu barədə Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov bildirib.
Onun sözlərinə görə, kütləvi hadisələrin idarə olunmasına operativ kömək göstərmək məqsədilə təcili yardım maşınlarına kameraların quraşdırılması planlaşdırılır.
Bu təcrübədən xarici ölkələrdə geniş istifadə olunduğunu vurğulayan baş həkim qeyd edib ki, Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 12 regional məntəqəsinin hər birinə bir təcili yardım maşını düşür.AZƏRTAC
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...