Ərdoğan: “Türkiyə hərbçiləri terrorçuları təmizləməyənədək Afrindən çıxmayacaq”

“İşimiz bitməyənədək Afrindən çıxmayacağıq”.
 Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beştepedə “Şeir və Hekayə” müsabiqəsinin mükafatlandırma mərasimində bildirib.
“Bura gəlməzdən əvvəl Afrindəki vəziyyəti soruşdum. 3 525 terrorçu zərərsizləşdirilib. Afrinin mərkəzinin təmizlənməsinə çox az qalıb. Oradan çıxacağımızla bağlı danışanlar var. Avropa parlamentində bunu danışanlar bilməlidir ki, oranı terrordan təmizləyənədək əməliyyat davam edəcək. 3,5 milyon suriyalı qaçqın öz yurduna dönənədək əməliyyatı sürdürəcəyik. Bir zamanlar bizim ərazimiz 18 milyon kvadrat kilometr idi. Ancaq ərazilərimiz 780 min kv. km-dək kiçilib. Terrorçuların yuvalarına girdik, girəcəyik. Bu gün Hakkaridə 10 terrorçunu zərərsizləşdirdik. Yalnız Afrində deyil, hər yerdə mübarizəmizi davam etdiririk”, – o vurğulayıb.Report.az