“Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 12 sentyabr 2017-ci il tarixli Sərəncamı, Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər, sitrus meyvəçiliyinin inkişafına dair 2018-2025-ci illər üçün dövlət proqramı bölgəmizin bütün əhalisi tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanmışdır. Prezidentin Sərəncamında haqlı olaraq göstərilir ki, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafının təmin edilməsi, ölkə əhalisinin, xüsusən də bu sahədə çalışan insanların sosial rifahının yaxşılaşdırılması və məşğulluğun artırılması həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Bu məqsədlə görülən tədbirlər nəticəsində iqtisadiyyatın şaxələndirilməsi ilə yanaşı, qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi də xeyli artmışdır.Картинки по запросу çayçılıq Astara

 

Regionların sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə ölkə başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamlar bütün rayonlarda olduğu kimi Astarada da uğurla həyata keçirilir. Qeyri-neft sektorunun inkişafını stimullaşdıran təsərrüfat sahələrindən biri də çayçılıqdır. Bu məhsulun becərilməsi üzrə Azərbaycanda zəngin təcrübə var. Çayçılıq bizim üçün ənənəvi və populyar sahədir. Bu dadlı və xeyirli məhsulun ölkəmizdə istifadəsi mühüm qida növləri sırasındadır. Buna görə də çayın istehsalı, istehlakı və satışı əhalinin daim diqqət mərkəzindədir. Hətta elə əhali təbəqəsi var ki, çay onun üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramının qəbul edilməsi cəmiyyətin bu tələbatının ödənilməsində əsas rol oynamaqla bərabər həm qeyri-neft sektorunun genişlənməsinə müsbət təsir göstərəcək. Bundan başqa Prezident İlham Əliyev “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Artıq sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək Azərbaycanda sitrus meyvələri istehsalının həcminin 100 min tona çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda sitrus meyvəçiliyi ənənələrinin inkişaf etdirilməsinə, sitrus meyvələrinə olan daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, sitrus meyvəçiliyi ilə məşğul olan rayonlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirəcək. Bundan başqa sitrus meyvə istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində tədbirlər görüləcək. Eyni zamanda, Tədbirlər Planına əsasən sitrusçuluq sahəsində mövcud standartlar beynəlxalq tələblərə uyğunlaşdırılmalı, bu sahədə fəaliyyət göstərən kiçik ailə kəndli və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyası təşviq olunmalı, istehsal və ixrac sahəsində mütərəqqi təcrübəsi olan xarici şirkətlərlə əlaqələr genişləndirilməli, mütərəqqi sığorta mexanizmi yaradılmalıdır. Həmçinin sitrus meyvəçiliyi sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, dövlət dəstəyi tədbirləri, marketinq fəaliyyətinin gücləndirilməsi və ixracın təşviqi kimi məsələlər də nəzərdə tutulub.Kənd təsərrüfatının ənənəvi sahələrindən olan sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı, əhalinin bu məhsullara tələbatının ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması və son məhsul çeşidlərinin artırılması istiqamətində dövlət dəstəyini gücləndirmək məqsədi ilə bir sıra əhəmiyyətli tədbirlər görülmüş və uğurlu nəticələr əldə olunmuşdur. Bu uğurlu nəticələri  Astara rayonunun timsalında daha aydın görmək olar. Son illərdə rayonumuzda sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı daha geniş vüsət almışdır. Rayon rəhbərliyinin təşkilatçılığı və yaxından köməkliyi ilə yeni-yeni sitrus və çay sahələri salınır, çəltik əkinləri genişləndirilir. Hazırda rayonumuzda 3200 hektar sitrus bağı vardır ki, onun da 900 hektarı son illərdə salınıb. Keçən il bağlarda 44 min ton sitrus meyvələri tədarük olunub. Hazırda rayonda mövcud sitrus bağlarının tədricən yeni növ daha məhsuldar tinglərlə əvəzlənməsi işlərinə başlanılmışdır.
Rayonumuz üçün ən perspektivli sahələrdən biri də çayçılıqdır. Hazırda rayonumuzda mövcud olan 345 hektar çay plantasiyasından 188 hektarı bərpa olunan, 157 hektarı isə yeni salınan çay sahələridir. Ötən il 1500-dək sakinimizin çalışdığı plantasiyalardan xeyli yaşıl çay yarpağı tədarük edilib.
Qarşıdakı illərdə isə bu göstəricinin 1000 tona çatdırılması nəzərdə tutulur. Son illər diqqətdən kənarda qalan, kənd təsərrüfatının ən gəlirli sahələrindən biri də çəltikçilikdir. Aqrar sahəyə olan dövlət dəstəyi və aparılan maarifləndirmə işlərinin nəticəsidir ki, son iki ildə çəltik əkini 7 dəfədən çox artırılaraq 450 hektara çatdırılıb.
Aqrotexniki qulluğun yaxşılaşdırılması, daha məhsuldar toxumun əkilməsi ilə bu il 1800 tona yaxın çəltik istehsal edilib. Bu il rayonumuzda çəltik əkini ilə məşğul olanların sayı 1345 nəfər olub. Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək rayonda bu sahədə görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir. İcra başçısı qeyd etmişdir ki,  Azərbaycan bazarlarında yerini tutmuş, ekoloji cəhətdən təmiz və keyfiyyətli olan, ətirli Astara düyüsünün ixrac potensialı da böyükdür.
Aparılan təhlillər göstərir ki, rayonun suvarma şəbəkələrini genişləndirməklə çəltik sahələrini bir neçə dəfə artırmaq mümkündür. Hazırda rayonumuzda 8 kiçik çəltik emalı sahəsi fəaliyyət göstərir. Növbəti ildə müasir tələblərə cavab verən və saatda istehsal gücü 5 ton olan yeni çəltik emalı və qablaşdırılması zavodu inşa ediləcək. Bu il Astara rayonunda ümumi dəyəri 50 milyon manata yaxın çay, çəltik və sitrus meyvələri tədarük ediləcək. Bu da ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə olmaqla yanaşı, sakinlərimizin maddi rifah halının yaxşılaşmasına səbəb olacaq.
Möhtərəm Prezident İlham Əliyevin bölgəmizdə çay, çəltik və sitrus meyvələri istehsalının inkişafına hədsiz diqqət və qayğısı onun bu ilin sentyabrın əvvəllərində bölgəmizə səfəri zamanı özünü parlaq şəkildə göstərdi. Ölkə başçısının sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki çıxışlarında möhtərəm Prezident İlham Əliyev cənub bölgəsində ənənəvi kənd təsərrüfatı sahələrinin daha da inkişaf etdirilməsi ilə bağlı qiymətli tövsiyə və tapşırıqlarını vermişdir. Bölgəmizdə əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün müstəsna rol oynayan çay, çəltik və sitrus meyvələri istehsalının inkişafını təmin etmək məqsədilə möhtərəm Prezidentimizin imzaladığı müvafiq Sərəncam göstərilən qayğı və diqqətin parlaq sübutudur.Картинки по запросу sitrus astara
Sərəncamda qeyd olunur ki, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla, sitrus meyvələri, çay və çəltik istehsalının artırılması üçün müvafiq infrastrukturun yaradılmasının iqtisadi cəhətdən səmərəliliyini nəzərə alaraq əkinəyararlı torpaqların müəyyən olunması və təsərrüfat subyektlərinə ayrılması təmin edilsin, rayon icra hakimiyyəti orqanlarının təkliflərini və bu sahədə mövcud olan müsbət təcrübəni nəzərə almaqla, müvafiq rayonlar üzrə sitrus meyvələri, çay və çəltik istehsalının inkişafına dair proqramların layihələri 3 ay müddətində hazırlanıb təqdim edilsin, sitrus meyvələri və çay bitkisinin tingçilik təsərrüfatlarının inkişafının dəstəklənməsi ilə bağlı zəruri tədbirlər görülsün, sitrus meyvələri, çay və çəltik istehsalı sahəsində fitosanitar, informasiya-məsləhət xidmətlərinin və kadr potensialının gücləndirilməsi ilə bağlı zəruri tədbirlər görülməsi təmin edilsin.Картинки по запросу sitrus astara
Qabaqcıl texnologiyalar tətbiq etməklə sitrus meyvələri, çay və çəltik istehsalının artırılmasına, emal və qablaşdırma müəssisələrinin yaradılmasına və inkişafına dəstəyi, o cümlədən bu sahəyə qoyulan investisiyaların təşviqi davam etdirilsin, sitrus meyvələri, çay və çəltik istehsalı ilə məşğul olan sahibkarların istehsal etdikləri məhsulların ixrac potensialının artırılmasına, mümkün tərəfdaşların tapılmasına və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsinə, iş adamlarının ixracla bağlı biliklərinin artırılmasına dəstək tədbirlərinin daha da genişləndirilməsi təmin edilsin, sitrus meyvələri, çay və çəltik istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinin istifadəsindəki və ya onların istifadəsinə veriləcək yeni torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması təmin edilsin, çay plantasiyalarının, çəltik tarlalarının və sitrus meyvə bağlarının meliorativ vəziyyətinin və su təminatının yaxşılaşdırılması, sututarların bərpa olunması, çəltik tarlalarında drenaj şəbəkələrinin tikilib istifadəyə verilməsi ilə bağlı zəruri tədbirlər görülsün.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 12 sentyabr 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar aidiyyəti dövlət orqanlarının qarşısında mühüm və şərəfli vəzifələr durur. Sərəncamda qarşıya qoyulan ən mühüm vəzifələrdən biri sitrus meyvələri, çay və çəltik istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinin istifadəsindəki və ya onların istifadəsinə veriləcək yeni torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsidir.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sahibkarlar və iş adamları üçün yaratdığı əlverişli şəraitdən səmərəli istifadə etməli, rayonda sitrusçuluq, çayçılıq, tərəvəzçilik, çəltikçilik və yerli iqlim şəraitinə uyğun digər məhsulların istehsalını artırmaqla ölkədə ərzaq bolluğunun yaradılmasına töhfəmizi verməliyik. Astara aqrar rayonudur, burada kənd təsərrüfatını inkişafı üçün  çəltik tarlalarında drenaj şəbəkələrinin tikilib istifadəyə verilməsi ilə bağlı zəruri tədbirlər görülsün.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 12 sentyabr 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar aidiyyəti dövlət orqanlarının qarşısında mühüm və şərəfli vəzifələr durur. Sərəncamda qarşıya qoyulan ən mühüm vəzifələrdən biri sitrus meyvələri, çay və çəltik istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinin istifadəsindəki və ya onların istifadəsinə veriləcək yeni torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsidir.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sahibkarlar və iş adamları üçün yaratdığı əlverişli şəraitdən səmərəli istifadə etməli, rayonda sitrusçuluq, çayçılıq, tərəvəzçilik, çəltikçilik və yerli iqlim şəraitinə uyğun digər məhsulların istehsalını artırmaqla ölkədə ərzaq bolluğunun yaradılmasına töhfəmizi verməliyik. Astara aqrar rayonudur, burada kənd təsərrüfatını inkişaf etdirmək üçün hər cür şərait vardır. Rayonda əvvəlki ənənələri bərpa etmək, kənd təsərrüfatını daha da inkişaf etdirmək üçün hər birimizin üzərinə böyük məsuliyyət düşür. Bu sahələrin inkişafı ölkəmiz üçün həmişə prioritet olub, indiki şəraitdə bunun önəmi daha da artır.Картинки по запросу Astarada sitrus bağları

 

Rayonumuzun kənd əməkçiləri nikbin əhval-ruhiyyədədirlər. Bu nikbinliyi onlarda möhtərəm Prezidentimizin haqqında söhbət açdığımız Sərəncamları yaratmışdır. İndi əsas vəzifə Prezidentin Sərəncamında qarşıya qoyulan vəzifələrin vaxtında və operativ şəkildə yerinə yetirilməsini layiqincə təmin etməkdir. İnanırıq ki, Prezidentin Sərəncamında qarşıya qoyulan vəzifələr  2018-ci ildə də Astara rayonunda  uğurla yerinə yetiriləcəkdir.

Fəridə Ağazadə

“Astara” qəzetinin baş redaktoru 

Astarainfo.az